Putini dayandırmaq üçün 4 milyon nəfəri silahlandırmaq lazımdır
Bizi izləyin

Dünya

Putini dayandırmaq üçün 4 milyon nəfəri silahlandırmaq lazımdır

“Rusiya prezidenti Vladimir Putini dayandırmaq üçün dörd milyon ukraynalını silahlandırmaq kifayətdir”.

Publika.az xəbər verir ki, bu sözləri Amerika hərbi eksperti Filipp Karber TSN kanalına müsahibəsində söyləyib.

“Yalnız ölkə deyil, insanları hazırlamaq lazımdır. Putini dayandırmaq istəyirsiniz? Dörd milyon ukraynalı silahlandırın, onlara silah paylayın”, - Filipp Karber deyib.

Onun sözlərinə görə, ukraynalılar ölkəni saxlamaq üçün hər şeyə hazır olmalıdırlar: “Mən heç kəsi tənqid etmək istəmirəm. Amma Ukraynada maliyyə resurslarını səfərbər etmək üçün böyük potensial var. Hər yaşayış məntəqəsində heç olmasa iki min insan var. Onlar orduya ən azından 100 qrivna ödəsələr, böyük kömək olar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm