Rusiya Ukraynanın hansı ərazilərinə hücum edəcək? - Rəsmi açıqlama
Bizi izləyin

Dünya

Rusiya Ukraynanın hansı ərazilərinə hücum edəcək? - Rəsmi açıqlama

Rusiya Ukraynanın hansı ərazilərinə hücum edəcək? - Rəsmi açıqlama

“Rusiya Federasiyasının silahlı qüvvələri ilk növbədə Luqansk, Donetsk, Xerson və Odessa ərazilərinə hücum edə bilər”.

Publika.Az –ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri keçirdiyi mətbuat konfransında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi Andrey Parubi deyib.

A.Parubi Rusiyanin hədəfində olduğu ilk şəhərin Odessa olduğunu bildirib.

Qeyd edək ki, Xarkov, Luqansk, Donetsk, Nikolayev, Odessa və Xersonda Rusiyaya sığınan Viktor Yanukoviçin lideri olduğu Regionlar Partiyasının mövqeləri hələ də güclüdür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm