Arxeoloqlar bir milyon mumyalanmış cəsəd tapdılar – FOTOLAR
Bizi izləyin

Dünya

Arxeoloqlar bir milyon mumyalanmış cəsəd tapdılar – FOTOLAR

Qahirədə bir milyondan çox mumiyalanmış insan bədənin olduğu təxmin edilən qəbiristanlıq tapılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, arxeoloqlar qazıntılar zamanı 1700-dən çox mumiyalanmış cəsəd aşkarlayıblar.

Qazıntıları aparan qrupun lideri bildirib ki, 23 metrə qədər dərinlikdə bir milyondan çox mumiyalanmış bədən var. O, qəbiristanlığın çox böyük və bir neçə mərtəbə olduğunu deyib.

Misirdə kəşf edilən bir çox mumiyalanmış qalıqlardan fərqli olaraq, burada varlı olduğu təxmin edilənlərlə yanaşı sıravi vətəndaşların da cəsədlərinə rast gəlinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm