Yumurta boyda dolu yağdı, 28 nəfər yaralandı - FOTOLAR
Bizi izləyin

Dünya

Yumurta boyda dolu yağdı, 28 nəfər yaralandı - FOTOLAR

Rusiyanın Stavropol vilayətinə leysan yağışlar və tennis topu ölçüsündə dolu yağıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, avqustun 20-də gecə saatlarında başlayan yağıntı nəticəsində 28 nəfər xəsarət alıb, 70 mindən çox insan isə işıqsız qalıb.

Yumurta boyda yağan dolu evlərin damını dağıdıb, maşınların şüşələrini sındırıb. Nəticədə, 34 məktəb, 17 uşaq bağçasına ziyan dəyib.

Xəsarət alan 28 nəfərdən isə 5-i xəstəxanaya aparılıb. Elektrik enerjisi yalnız 1 gündən sonra bərpa edilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm