Qız sevgilisini yandırdı
Bizi izləyin

Dünya

Qız sevgilisini yandırdı

Rusiyanın Sankt-Peterburq şəhərində qız öz sevgilisini yandırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, avqustun 22-də avtodayanacaqda işləyən nəzarətçi ərazini yoxlayarkən kişi qışqırıqları eşidib. Hadisə yerinə gələn nəzarətçilər dəmiryolu yaxınlığında yanıq yaraları almış kişini aşkar ediblər. Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun bədəninin 90 faizinin yandığını deyiblər.

Gənc huşunu itirməzdən əvvəl başına gələn hadisələri nəzarətçiyə danışıb. Onun sözlərinə görə, sevdiyi qız onun üstünə maye yanacaq tökərək yandırıb. Hazırda bu məlumat tədqiqatçılar tərəfindən yoxlanılır.

Həkimlərin səyinə baxmayaraq, 24 yaşlı aşiqi xilas etmək mümkün olmayıb

.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm