Azərbaycanlı keçmiş millət vəkili MHP-dən çıxarıldı – TƏCİLİ
Bizi izləyin

Dünya

Azərbaycanlı keçmiş millət vəkili MHP-dən çıxarıldı – TƏCİLİ

Türkiyə Böyük Millət Məclisinin (TBMM) İğdırdan seçilmiş sabiq deputatı Sinan Oğan üzvü olduğu Milliyyətçi Hərəkat Partiyasından (MHP) xaric edilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Sinan Oğan MHP İdarə Heyətinin onunla bağlı keçirilən toplantısında səsvermə nəticəsində partiyadan uzaqlaşdırılıb.

Sinan Oğanın MHP-dən hansı səbəblərə görə çıxarılması barədə hələlik rəsmi açıqlama verilmir.

Ehtimal edilir ki, S.Oğan “Türkiyədə noyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə MHP barajı keçməyə bilər” açıqlamasına görə partiyadan kənarlaşdırılıb.

Qeyd edək ki, Sinan Oğan əslən azərbaycanlıdır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm