Türkiyə hökumətində bu şəxslər yer ala bilər - SİYAHI
Bizi izləyin

Dünya

Türkiyə hökumətində bu şəxslər yer ala bilər - SİYAHI

Türkiyənin baş naziri Əhməd Davudoğlunun müvəqqəti hökumətdə yer alması üçün təklif göndərdiyi şəxslərin adları mətbuata sızıb.

Publika.az Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) 11, Cümhuriyyət Xalq Partiyasının (CHP) 5, Milliyyətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyasının (HDP) hər birinin 3 üzvünə təklif göndərib.

Müvəqqəti hökumətdə yer alacağı gözlənilən şəxslər aşağıdakılardır:

CHP: Ərdoğan Topraq, Gülsün Bilgehan Toker, İlhan Kəsici, Dəniz Baykal ve Tekin Bingöl.

MHP: Əhməd Kənan Tanrıkulu, Tuğrul Türkeş və Meral Akşener.

HDP: Levent Tüzel, Müslüm Doğan və Əli Haydar Konca.

Amma CHP və MHP müvəqqəti hökumətdə iştirak etməyəcəyini lap əvvəldən açıqlayıb.

Sözügedən şəxslər baş nazirin təklifinə avqustun 27-dək cavab verməlidirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm