Donuzlar üçün ilk 5 ulduzlu ferma
Bizi izləyin

Dünya

Donuzlar üçün ilk 5 ulduzlu ferma

İspaniyanın Xaen əyalətində ilk dəfə olaraq donuzlar üçün 5 ulduzlu ferma tikilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, fermada donuzlar üçün kondisioner və qızdırıcı sistemləri quraşdırılıb.

Heyvanların stress keçirməməsi üçün klassik musiqi səsləndirilir və onlara xüsusi oyuncaqlar verilir. Fermanın sahibi Fransisko Momblanın sözlərinə görə, donuzlar üçün yaradılan bu şərait onları sakitləşdirir. Bu da birbaşa ətin keyfiyyətinə təsir göstərir.

Fermadakı donuzların sayı təxminən 4 minə çatır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm