Dünya
ABŞ və Çin Cibutidə hərbi baza üçün qarşı-qarşıya gəldi
Dünyanın hərbi və iqtisadi baxımdan iki nəhəng ölkəsi olan ABŞ və Çin növbəti dəfə qarşı-qarşıya gələ bilər.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çinin ölkə sərhədləri xaricində ilk hərbi bazasını Cibutidə qurmaq istəməsi barədə informasiyanın yayılması ABŞ tərəfindən sərt qarşılanıb.
Çin mətbuatının yazdığına görə, Cibuti hakimiyyəti Obok hərbi bazasının boşaldılması barədə ABŞ-a təlimat verib. İddialara görə, ABŞ əsgərləri bazanı boşaldacağı halda bazaya Çin ordusu yerləşdiriləcək. Çinin Afrikanın şərqində - Qırmızı dənizin sahilindəki Cibutidə 10 min hərbçini yerləşdirəcəyi bildirilir.
Efiopiyanın paytaxtı Əddis-Əbəbədən Cibutiyə qədər uzanan 3 milyard dollarlıq dəmiryolu xəttini inşa edən Çin həmçinin 400 milyon dollarlıq sərmayə ilə Obok limanını yeniləyir. Çin burada hərbi qüvvə yerləşdirməklə Şərqi Afrikada strateji mövqe qazanmaq niyyətindədir.
Diplomatik mənbələrə görə, ABŞ Çinin ilə Cibuti ilə yaxınlaşmasını diqqətlə izləyir. ABŞ-ın Cibutidəki 2 hərbi bazasında 4 min əsgəri var və bu bazalardan anti-terror əməliyyatlarında istifadə edilir.
Ömər Dağlı
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi