Röyanın klipindəki fransız aktyoru erməni filmində - FOTO
Bizi izləyin

Dünya

Röyanın klipindəki fransız aktyoru erməni filmində - FOTO

Fransanın məşhur “Taksi” filmində baş rol ifaçısı Sami Nəsri erməni kinorejissoru Qriqori Qarduşyanın filminə dəvət alıb.

Publika.az newsru.com saytına istinad edərək bildirir ki, “Rok və yol” filminin çəkilişləri Sankt-Peterburqun mərkəzində və “Lenfilm”in pavilyonlarında gerçəkləşəcək. Aktyor artıq Rusiyanın “ikinci paytaxtı”ndadır.

Rus qızı və onun atasını xilas edən bayker rolunda oynamaq xoşbəxtliyi Vensan Rasselə nəsib ola bilərdi. Amma onun brendə çevrilmiş “qəhrəman sevgili” ampluası bu rolu almasına mane olub.

“Nəsri bu rola əla yaraşır. Arzum budur ki, bu filmdən sonra Saminin kino karyerasında ikinci “nəfəsi” açılsın” – deyə rejissor bildirib.

Filmin süjet xəttinə əsasən, “Ayı” təxəllüslü Nəsri İngiltərədə təhsil alan rus qızına yardım etmək üçün onu motosikletdə Piterə gətirir.

“Mən motosiklet mövzusu ilə çoxdan tanışam. Fransada çoxlu bayker dostlarım var. Rusiyada işləmək və bu ölkə ilə yaxından tanış olmaq çoxdankı arzum idi. Ona görə də bu təklifi sevə-sevə qəbul etdim” – deyə aktyor etiraf edib.

Erməni rejissor filmə məşhur Hollivud aktyoru Robert de Nironun da dəvət ediləcəyini istisna etmir.

Qeyd edək ki, müğənni Röyanın klipində də çəkilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm