Avropa Parlamentindən sərt Türkiyə hesabatı
Bizi izləyin

Dünya

Avropa Parlamentindən sərt Türkiyə hesabatı

Avropa Parlamentindən sərt Türkiyə hesabatı

Berkin Elvanın ölümü və 17 Dekabrdan sonra Türkiyədə baş verənlərlə əlaqadar tənqidi bəyanatlarla çıxış edən Avropa Parlamenti 2012-ci il üçün Türkiyənin irəliləmə hesabatını qəbul edib.

Publika.Az –ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hesabatda “Facebook” və “YouTube”nin bağlanma təhlükəsi də yer alıb.

Hesabatda Türkiyədəki sui-istifadə iddiaları, məhkəmə sistemi və mediaya müdaxilə ilə əlaqədar narahatlıq dilə gətirilib. Baş nazir Rəcəb Tayyib Ərdoğanın “Facebook” ilə “Youtube”nin bağlana biləcəyi və “qız-oğlan eyni evdə qalırlar" açıqlamaları, həmçinin spirtli içkilərin satışınının məhdudlaşdırılması ilə bağlı qanun ictimai həyata müdaxilə olaraq qiymətləndirilib.

Avropa Parlamentinin sözügedən hesabatı 2005-ci ildən bu yana Türkiyə ilə bağlı qəbul olunan ən sərt hesabat olub. Bu isə 17 Dekabr hadisələri və sonra baş verənlərlə bağlıdır. Hesabatda yüzlərlə prokuror və polis məmurunun vəzifəsindən uzaqlaşdırılmasının “dəhşətli olduğu və müstəqil məhkəmənin təməl prinsiplərinə zidd” olduğu vurğulanıb.

Hesabatın müzakirəsi zamanı Türkiyə əleyhində sərt çıxışlar edilib. Bəzi çıxışlarda isə Türkiyə ilə üzvlük müzakirələrinin təxirə salınması təklifi səsləndirilib. Türkiyə mediasının yazdığına görə, may ayında keçiriləcək seçkilərdən sonra daha sağçı və Türkiyə əleyhdarı olan bir Avropa Parlamentinin formalaşması gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm