Pentaqon: “Türkiyə İŞİD-ə qarşı hava əməliyyatlarına başlayacaq”
Bizi izləyin

Dünya

Pentaqon: “Türkiyə İŞİD-ə qarşı hava əməliyyatlarına başlayacaq”

ABŞ-ın Müdafiə Nazirliyi (Pentagon) Türkiyə Hərbi Hava Qüvvələrinin yaxın günlərdə İŞİD-ə qarşı qısamüddətli əməliyyatlara başlayacağını bəyan edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Jeff Davis bəyan edib ki, İŞİD-ə qarşı hərbi hava hücumları Türkiyə qırıcıları tərəfindən reallaşdırılacaq: “Hərbi əməliyyatlar çox yaxın zamanda, hətta ola bilər ki, bir gün və ya bir neçə saata başla bilər. Bu əməliyyatlar zamanı İŞİD-in Suriya və İraqdakı düşərgələri hədəf olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm