Media holdinqin rəhbərləri barədə həbs qərarı verildi
Bizi izləyin

Dünya

Media holdinqin rəhbərləri barədə həbs qərarı verildi

Türkiyə məhkəməsi Koza-İpək media holdinq rəhbərliyinin 6 üzvü haqqında həbs qərarı çıxarıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, onların arasında holdinqin rəhbəri Akın İpək də var.

Qeyd edək ki, bu gün səhər saatlarında Koza-İpək media holdinqinin Ankaradakı mərkəzində axtarış aparılıb. Bundan başqa, holdinqə aid 23 şirkətdə də axtarış aparılır. Holdinqin idarə heyətinin rəhbəri Akın İpəyin isə xaricə getdiyi bildirilir.

Media holdinqinə daxil olan “Bugün” qəzetinin yayın direktoru Erhan Başyurt polis basqınlarına sərt şəkildə cavab verib. O, əməliyyatın İŞİD-ə silah göndərilməsi barədə faktları ortaya çıxarılan gün başlamasını təsadüf hesab etməyib: “Yazıqlar olsun! İŞİD-ə silah göndərildiyini ortaya çıxartdığımız gün media və qrupumuza basqın edildi”.

Qeyd edək ki, holdinq Fətullahçı Terror Təşkilatına (FETÖ) maliyyə dəstəyi verməkdə ittiham olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm