III Dünya müharibəsi burada başlayır: Türkiyə Rusiya ilə qarşıdurmanın astanasında
Bizi izləyin

Dünya

III Dünya müharibəsi burada başlayır: Türkiyə Rusiya ilə qarşıdurmanın astanasında

Xəbər verildiyi kimi, dünən diplomatik mənbələrə istinadən edən İsrailin “Ynetnews” nəşri Rusiya Suriyaya hərbçiləri və aviasiyasını göndərdiyini yazıb. Nəşrin məlumatına görə, Rusiya aviasiyası İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatlarına qoşulacaq. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, Rusiya hərbçiləri və aviasiyası Dəməşqin ətrafındakı təyyarə bazalarından birindədir. Bazaya rejim qüvvələri nəzarət edir. “Güman edilir ki, artıq “atılmış” zərbə təyyarələri və vertolyotlar İŞİD döyüşçüləri ilə mübarizəyə cəlb ediləcək”, - “Ynetnews” qeyd edib.

Nəşrin mənbələri iddia edir ki, ən yaxın həftələrdə Suriyada Rusiya hərbçiləri – məsləhətçilər, təlimatçılar, cəbhə arxasında işləyənlər, döyüş aviasiyasının pilotları və zenitçilər min nəfərə qədər artırıla bilər.

Amma Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən mənbəyi “Russia Today” telekanalına bu informasiyanı təkzib edib.

Eyni zamanda “The Daily Beast” nəşri yazıb ki, Rusiya qırıcıları Suriya ordusu ilə birlikdə yalnız İŞİD terror qruplaşmasının mövqelərinə deyil, həmçinin müxalifətin döyüşçülərinin mövqelərinə bombaları atmağa hazırlaşır. Bu isə çox təhlükəli tendensiyadan xəbər verir. Məlumdur ki, Suriya müxalifəti Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı tərəfindən açıq və gizli şəkildə dəstəklənir. Rusiya qırıcılarının Suriya müxalifətini bombalaması isə bu ölkələrlə Moskva arasında ciddi qarşıdurma yaradacaq. Hətta bu ölkələrin Suriyada birbaşa hərbi qarşıdurması da istisna edilmir.

Nəşrin mənbələri qeyd ediblər ki, Pentaqon Suriya münaqişəsində Rusiyanın artan rolu haqqında xəbərlərdən narahatdır. “The Daily Beast” xatırlayır ki, Türkiyə KİV-i, həmçinin “Bosphorus Naval News” avqustun 20-də Qara dəniz boğazlarından Aralıq dənizinə Rusiyanın “Nikolay Filçenkov” desant gəmisinin keçdiyini xəbər verib. Xəbərlərdə desant gəmisinin içində qəribə yük olduğu qeyd edilib. Jurnalistlər gəminin göyərtəsində yarımörtülü vəziyyətdə olan hərbi texnikanı, o cümlədən zirehli avtomobilləri çəkə biliblər. Jurnalistlər bildirirlər ki, göyərtədəki texnika gəminin bütün yükü olmaya bilər. Hərbi texnikanın bir hissəsinin yük anbarında gizlədilməsi istisna edilmir.

“Nikolay Filçenkov” Aralıq dənizində on gün qaldıqdan sonra Qara dənizə qayıdıb. Türkiyə mətbuatının xəbərlərindən göründüyü kimi, gəmi qayıdanda həmin yüklər göyərtədə qeydə alınmayıb. Eyni zamanda, “Oryx Blog” saytı yazır ki, bu günlərdə Suriya hökumət ordusunun arsenalına Rusiya istehsalı olan bir neçə BTR-82A daxil edilib.

Bundan başqa, xarici KİV-in yazdığına görə, Suriyanın rəsmi KİV-i Rusiya hərbçilərinin Suriyada olmasını təsadüfən açıqlayıblar. Məlumata görə, cəbhədəki vəziyyətdən bəhs edən süjetlərdən birinə BTR-82A ekipajının danışıqları rus dilində düşüb. “The Daily Beast” xatırladır ki, hələ 2012-ci ildə Rusiyanın müdafiə naziri Anatoli Serdyuk Rusiya xüsusi təyinatlı dəstəsinin Suriyada olması barədə informasiyanı təkzib edib. Amma etiraf edib ki, Rusiyanın “hərbi və texniki məsləhətçilər” Suriyada işləyirlər.

Yaxın vaxtlarda Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin İŞİD-ə qarşı yeni koalisiyanın yaradılması üzrə planını açıqlayıb. Plan Suriya və İraq orduları, kürdlər və region ölkələrinin iştirakı ilə yeni koalisiyanın yaradılmasını təklif edir. “The Daily Beast” qeyd edir ki, bu planı nəzərə alaraq Rusiya hərbi texnikasının Suriyaya göndərilməsi tamamilə məntiqli görünür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm