Dünya
Müharibə uşaqlarının dəhşətli tablosu: dünya bu fotolara ağlayır – FOTOLAR (+18)
Dünya 3 yaşlı suriyalı uşaq Aylanın sahildə tapılan
cəsədinə ağlayır.
Publika.az xəbər verir ki, Suriyadakı daxili müharibə və İŞİD qətliamı Aylan və ailəsinin Kobanidən Avropaya sığınmaq üçün yola çıxmağa məcbur edib. Lakin bu yol 3 yaşlı Aylan və ondan bir yaş böyük olan qardaşı Qalibin ölümünə gedən cığır imiş. 12 nəfərin həyatını itirdiyi faciəvi qəzada hər iki qardaş dənizdə boğularaq həyata vida edir və bir müddət sonra dalğalar 3 yaşlı Aylanın cansız bədənini Türkiyənin Bodrum sahillərinə çıxarır. Turistlərin əyləncə üçün üz tutduğu Bodrum sahilləri bu dəfə ölümdən qaçan uşaqların son məkanı oldu.
“Gözəl günlər görəcəyik, cocuqlar”. Məşhur türk
mahnısında deyilənlər təəssüf ki, Aylan kimi müharibə uşaqları üçün
keçərli deyil. Və dünya 3 yaşlı bu uşağın sahildə yıxılıb qalan
cansız bədəninin əks olunduğu fotolara baxıb ağlayır.
Böyük Britaniyanın “The İndependent” nəşri hər iki qardaşın
Suriyada xoşbəxt günlərinin əks olunduğu fotoları yayımlayıb.
Asif Nərimanlı
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO