Hitlerin əfsanəvi qatarının radar görüntüləri ortaya çıxdı - FOTO
Bizi izləyin

Dünya

Hitlerin əfsanəvi qatarının radar görüntüləri ortaya çıxdı - FOTO

Polşada İkinci Dünya Müharibəsində itən, içi qızıl, ləl-cəvahirat və silahla dolu qatarın radar görüntüləri dərc olunub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Polşanın cənub-qərbindəki Valdenburg qəsəbəsində ortaya çıxan 70 illik qatara aid ilk radar görüntüsü üçölçülü fotoşəkil çəkə bilən radarın köməyi ilə çəkilib.

Görüntülərin yerin 50 metr dərinliyindən çəkildiyi bildirilir.

Qeyd edək ki, Polşa və Almaniyadan olan iki nəfər xəzinə axtaran bir müddət əvvəl yerin altından tapdıqları qızılla dolu qatarın Hitlerə aid olduğunu iddia edib. Qatarın tapıldığı Valdenburq qəsəbəsinin bələdiyyə sədri də qatarın Hitlerə aid olduğunu təsdiqləyib. Bələdiyyə sədri bildirib ki, qızılların dəyərinin nə qədər olmasından asılı olmayaraq, bütün sərvət Polşa hökumətinə təhvil veriləcək. Amma xəzinəni tapan dostlar qızıllardan onlara da pay çatacağını tələb edərək yerli orqanlara müraciət ediblər. Qatarda 300 tona yaxın qızılın olduğu iddia edilir.

Məlumata görə, xəzinənin əsas hissəsini İkinci Dünya Müharibəsi zamanı həbs düşərgələrinə gətirilən əsirlərin üzükləri təşkil edir. İkinci Dünya Müharibəsində faşistlərin Valdenburq bölgəsində metrlərlə dərinlikdə tunellər qazdıqları bir neçə dəfə gündəmə gəlib. Amma bahalı bir araşdırma olduğu üçün heç kim sona qədər gedə bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm