Azərbaycan Fransa telekanalını məhkəməyə verir
Bizi izləyin

Dünya

Azərbaycan Fransa telekanalını məhkəməyə verir

Azərbaycan Fransanın “France-2” telekanalını məhkəməyə verir.


Publika.az xəbər verir ki, bu barədə “Frans press” agentliyi məlumat yayıb.


Azərbaycanın fransız vəkili Prado Olivyes agentliyə bildirib ki, sentyabrın 8-də telekanal “Cash İnvestigation” proqramında Fransa prezidenti Ollandın 2014-cü ildə Azərbaycana səfərinə həsr olunmuş süjet hazırlayıb.


“Verilişdə qərəzli mövqe yer alıb və bütün proqram ərzində Azərbaycan rəhbərliyi təhqir olunub. Lakin ittihamların təsdiqi üçün heç bir sübut irəli sürülməyib. Telekanal Azərbaycan rəhbərliyini qərəzli şəkildə ittiham edib. Halbuki diktatorlar Avropa Şurasında iştirak etmir, ölüm cəzası tətbiq edir və interneti ləğv edirlər. Azərbaycan bu ittihamlara dözmək fikrində deyil, buna görə də ona şər atanları məhkəməyə vermək qərarına gəlib”, - deyə fransalı vəkil qeyd edib.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm