Ukrayna Krımın işğal tarixini müəyyənləşdirdi
Bizi izləyin

Dünya

Ukrayna Krımın işğal tarixini müəyyənləşdirdi

Ukraynanın Ali Radası Krım yarımadasının işğal tarixini müəyyənləşdirən qanun layihəsinin qəbul edib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, 239 deputatın dəstəklədiyi qanun layihəsində 20 fevral 2014-cü il Krımın “müvəqqəti işğal”ının başlanğıc tarixi kimi göstərilib.

Qanunun müəllifləri hesab edirlər ki, onun qəbulu Ukrayna vətəndaşlarının mülkiyyət və digər hüquqlarını qorumağa imkan verəcək, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə və digər beynəlxalq məhkəmə instansiyalarına iddianın verilməsi zamanı Ukraynanın mövqeyini gücləndirəcək.

Parlament tərəfindən qəbul edilmiş qanun dövlət başçısı Pyotr Poroşenko tərəfindən imzalanmalıdır. Sənəd növbəti gün dərc olunduqdan sonra qüvvəyə minəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm