Partiya sədri Poroşenkonun impiçmentini tələb etdi
Bizi izləyin

Dünya

Partiya sədri Poroşenkonun impiçmentini tələb etdi

Ukraynanın Radikal Partiyasının lideri Oleq Lyaşko Ali Radadan Ukrayna prezidenti Pyotr Poroşenkonun impiçmenti haqqında qanunu qəbul etməyi tələb edib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, partiya sədri prezidenti təhdid və qorxutma yolu ilə öz hakimiyyətini qurmaq cəhdində ittiham edib.

Oleq Lyaşko həmçinin partiyasının növbədənkənar qurultayının keçiriləcəyini elan edib. O, qurultayda diktatura, korrupsiya və sui-istifadələrə qarşı müqavimət strategiyasının hazırlanacağını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm