Məkkədə yenə yanğın: azərbaycanlılar xəsarət almayıb
Bizi izləyin

Dünya

Məkkədə yenə yanğın: azərbaycanlılar xəsarət almayıb

Məkkədə zəvvarların qaldığı mehmanxanada yanğın baş verib. Yanğın nəticəsində 1,5 min zəvvar təxliyə edilib.

Azərbaycanlı zəvvar qrupunun rəhbəri Hacı Şahin Həsənlinin Publika.az-a verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb: “Bildiyimiz qədər, onlar Asiya ölkələrindən olan zəvvarlardır. Lakin azərbaycanlı zəvvarlardan xəsarət alan yoxdur. Bizim zəvvarların hamısının vəziyyəti yaxşıdır.Ümumiyyətlə, yanğın çox da təhlükəli olmayıb”.

İlkin versiyaya görə, yanğın binanın elektrik naqillərində meydana çıxan problem səbəbindən baş verib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm