Türkiyədə iki nazir istefa verdi – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Türkiyədə iki nazir istefa verdi – SON DƏQİQƏ

Türkiyə hökumətində Xalqların Demokratik Partiyasını (HDP) təmsil edən nazirlər Müslüm Doğan və Ali Haydar Konca istefa veriblər.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə HDP-dən verilən açıqlamada deyilir.

Nazirlərin istefasının səbəbləri açıqlanmayıb. Keçmiş nazirlər Türkiyə saatı ilə 16:30-da (Bakı vaxtı ilə 18:30) partiyanın mərkəzi qərargahında mətbuat konfransı keçirərək qərarın səbəblərini açıqlayacaqlar.

Baş nazir Əhməd Davudoğlu nazirlərin istefasını qəbul edib. Baş nazirlikdən verilən açıqlamaya görə, iki nazirin yerinə ən qısa müddətdə yeni təyinatlar olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm