MHP-li deputat: “Türkiyəyə gələn miqrantlar arasında xeyli sayda ermənilər var”
Bizi izləyin

Dünya

MHP-li deputat: “Türkiyəyə gələn miqrantlar arasında xeyli sayda ermənilər var”

“Suriya və İraqda İŞİD zülmündən xilas olmaq üçün Avropaya qaçan miqrantlar arasında xeyli sayda ermənilər var”.

Publika.az-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) MHP-dən olan deputatı Nevzat Korkmaz bəyan edib.

Onun sözlərinə görə, hazırda Suriyadan minlərlə miqrant və qaçqının Türkiyəyə axını davam edir. N.Korkmaz deyib ki, onların arasında böyük sayda ermənilər də var:

“Bu miqrantlar Türkiyəyə daxil olandan bəri ölkəmizdə sabitlik və ictimai asayiş pozulub. Türkiyəyə daxil olan miqrantların keçmişi haqqında kifayət qədər məlumatlar toplanılmadığı üçün ölkəmiz böyük təhlükələrlə üz-üzə qalıb. Hazırda Türkiyəyə sığınan miqrantlar arasında PKK və digər terrorçularla yanaşı, 1915-ci ildə buradan gedən ermənilər də var. Hətta bu ermənilər öz aralarında açıq şəkildə deyirlər ki, biz əsla Suriyaya qayıtmayacağıq. Onsuz da bu torpaqlarda vaxtilə biz yaşamışıq”.

MHP-li deputat Türkiyə hökumətinə çağırış edib ki, bu cür məsələlərin gələcəkdə problem yaratmaması üçün təcili şəkildə lazımı tədbirlər görülsün.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm