Festivalda basabas – Xəsarət alanlar var
Bizi izləyin

Dünya

Festivalda basabas – Xəsarət alanlar var

Arizona festivalında basabas nəticəsində 10 nəfərdən çox insan xəsarət alıb. Yerli xilasetmə xidməti əvvəlcə zərərçəkənlərin sayını 40 söyləsə də, sonradan onların 12 nəfər olduğu dəqiqləşib.

Publika.az RİA-ya istinadən xəbər verir ki, hadisə Temp şəhərində Summer Ends festivalında növbəti ifa zamanı tamaşaçı kütləsinin səhnəyə axın etməsi nəticəsində baş verib. Basırıq zamanı yaralananlardan 9-u xəstəxanaya çatdırılıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Onu da qeyd edək ki, təşkilatçılar hadisəyə görə konserti yarımçıq saxlamaq məcburiyyətində qalsalar da, bir neçə saatdan sonra festival davam etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm