Daha bir ölkə Əsədə təslim oldu - VİDEO
Bizi izləyin

Dünya

Daha bir ölkə Əsədə təslim oldu - VİDEO

Almaniyanın ardınca daha bir dünya nəhəngi Suriya ilə bağlı siyasətində dəyişiklik edib.

Publika.az xəbər verir ki, BMT-nin toplantısında iştirak etmək üçün ABŞ-a səfər edən Böyük Britaniyanın baş naziri Devid Kameron Suriyada vətəndaş müharibəsinin bitməsi üşün ölkəsinin Bəşər Əsədə qarşı siyasətinin dəyişdiini etiraf edib. O deyib ki, Böyük Britaniya Suriyada sabitliyin əldə olunması üçün müvəqqəti hökumətdə Bəşər Əsədin də yer almasına etiraz etmir. Amma Suriyanən gələcəyini Əsəd rejimi ilə təsəvvür etmir.

Qeyd edək ki, artıq Almaniya da Bəşər Əsədlə bağlı siyasətini dəyişib. Almaniya kansleri Angele Merkel Bəşər Əsədlə dialoq masasına oturmağa da hazır olduğunu deyib. Bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Suriyada müvəqəti hökumətdə Əsədin də yer almasına etiraz etmədiyini bəyan edib. Rusiya isə münaqişənin ta başəndan Bəşər Əsədin iştirakı olmadan Suriyada sabitliyin əldə olunmayacağını bəyan edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm