Dünya
Krım səmasında ABŞ-ın pilotsuz kəşfiyyat təyyarəsi saxlanılıb
Bu barədə Rusiyanın “Rostex” dövlət şirkəti xəbər yayıb.
“Saxlanılan MQ-5B tipli pilotsuz təyyarə ABŞ-ın Bavariyada yerləşən 66-cı kəşfiyyat briqadasına məxsusdur”, deyə şirkətin açıqlamasında bildirilir.
Açıqlamada həmçinin qeyd olunur ki, martın əvvəlindən ABŞ-ın kəşfiyyat briqadası Ukraynanın Kirovoqrad vilayətində fəaliyyətə başlayıb və buradan Krım üzərində kəşfiyyat xarakterli uçuşlar həyata keçirirlər.
“Hətta pilotsuz kəşfiyyat təyyarələri düz Rusiya sərhədinə kimi
gəlirlər. Bəzi məlumatlara görə, Krım səmasında 18 MQ-5B tipli
təyyarə uçuşlar həyata keçirib. Təyyarələr təxminən 4 min
yüksəklikdə uçub və demək olar ki, yerdən gözlə görmək mümkün
olmur”, deyə “Rostex”in açıqlamasında qeyd olunur.
Xatırladaq ki, ABŞ-ın 66-cı kəşfiyyat briqadasına məxsus MQ-5B
tipli pilotsuz təyyarəsi saxlanılan ikinci təyyarədir.
/Anspress/
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu