İŞİD min nəfərlik ordu ilə hücuma keçdi
Bizi izləyin

Dünya

İŞİD min nəfərlik ordu ilə hücuma keçdi

İŞİD terror təşkilatının döyüşçüləri Əfqanıstanın şərqindəki Nanqarhar vilayətinin Açen mahalına hücum ediblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, mahalın polis rəisi Hacı Qalib Mücahid təxminən 1000 İŞİD üzvünün mahalda hücum təşkil etdiyini bildirib.

Onun sözlərinə görə, Əfqanıstanın təhlükəsizlik gücləri ilə İŞİD arasında qarşıdurmalar hələ də davam edir.

İki gün əvvəl İŞİD-in üzvləri mahalda bəzi polis bölmələrinə hücum etmiş, ancaq təhlükəsizlik güclərinin cavab verməsi ilə geri çəkilmişdilər. Əfqan səlahiyyətlilər sözügedən hücumdan sonra təşkil edilən hava əməliyyatında 85 İŞİD üzvünün məhv edildiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm