PKK-nın beli belə qırıldı – VİDEO
Bizi izləyin

Dünya

PKK-nın beli belə qırıldı – VİDEO

Türkiyənin təhlükəsizlik gücləri anti-terror əməliyyatları ilə PKK terror təşkilatına ağır zərbə vurub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK terroruna qarşı həyata keçirilən əməliyyatlar son dərəcə müvəffəqiyyətli olub.

Terror təşkilatının ölkə daxilindəki və Şimali İraqdakı əsas qərargahları lazerlə idarə olunan bombalarla məhv edilib. PKK-nın narkotik və pul anbarı kimi istifadə etdiyi Zergene düşərgəsi də yerlə-yeksan edilib.

Qəndildəki terror yuvasının darmadağın olduğu PKK liderlərin telsiz danışıqlarında da əksini tapıb. F-16 və F-4 qırıcılarının 400-ə yaxın hədəfi vurduğu əməliyyatlarda 75 gündə 1500 terrorçu öldürülüb.

PKK terrorunun belini qıran bu əməliyyatlar Türkiyənin gücünü hər kəsə növbəti dəfə göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm