İŞİD nüvə hücumuna hazırlaşır – ŞOK İDDİA
Bizi izləyin

Dünya

İŞİD nüvə hücumuna hazırlaşır – ŞOK İDDİA

İŞİD Qərbə qarşı nüvə hücumu planlaşdırır.


Publika.az xəbər verir ki, bu iddia ilə İŞİD döyüşçüləri arasında 10 gün keçirən almaniyalı jurnalist Jürgen Todenhöfer çıxış edib.


“İnside İS – Ten Days İn The İslamic State” (İŞİD-lə 10 gün) adlı kitab yazan jurnalist əldə etdiyi məlumatları və terror təşkilatının gələcək planları haqda informasiyaları ictimaiyyətə açıqlayıb.


J. Todenhöfer bildirib ki, ABŞ-ın Yaxın Şərq siyasətini tənqid etdiyi üçün İŞİD ona bölgəyə girməyə icazə verib. Bölgəyə getməmişdən öncə İŞİD üzvləri ilə “Skype” üzərindən aylarla danışıqlar aparan jurnalist bildirib ki, ona qeyd aparmaq üçün cihazlardan istifadə etməyə icazə verilmədiyindən əlində konkret fakt yoxdur. Lakin İŞİD üzvləri ilə üz-üzə apardığı söhbətlərə əsaslanaraq, 75 yaşlı Todenhöfer terror təşkilatının Avropaya nüvə hücumuna hazırlaşdığını iddia edir.


Onun sözlərinə görə, İŞİD-in vəhşiliyi internetdə yayılan video görüntülərdən daha betərdir.


“Onlar bu günə qədər gördüyüm ən vəhşi, ən təhlükəli düşmənlərdir. İŞİD-in qarşısını almaq çox çətindir və bu təşkilatı yalnız ərəblər dayandıra bilər”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm