Həsən Ruhani: "Hacılarımızın qanını yerdə qoymarıq"
Bizi izləyin

Dünya

Həsən Ruhani: "Hacılarımızın qanını yerdə qoymarıq"

Həsən Ruhani Həcc ziyarəti zamanı faciədə həlak olan iranlı zəvvarların cənazəsinin ölkəyə gətirilməsi münasibəti ilə Tehranın “Mehrabad” hava limanında keçirilən mərasimdə iştirak edərkən “onların qanının yerdə qoymarıq” deyə bəyan edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mərasimdə çıxış edən Ruhani hadisə ilə bağlı araşdırma aparılmasını tələb edib.

İran prezidenti qeyd edib ki, əgər hadisənin baş verməsində məmurların günahı sübut olunarsa, zəvvarların qanını yerdə qoymayacaqlar: “Biz bu günə kimi Səudiyyə Ərəbistan rəsmiləri ilə qardaşlıq dili ilə danışmışıq. Yeri gəldikdə diplomatik dildən də istifadə etmişik, amma bundan sonra lazım olsa, güc dilindən istifadə edəcəyik”.

Xatırladaq ki, sentyabrın 24-də Həcc ziyarəti zamanı Mina dağında yaranan izdihamda 769 nəfər həyatını itirib, 800-dən çox zəvvar yaralanıb. İran isə bu sayı 4173 olaraq açıqlayıb.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm