• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Putinin villa, təyyarə və helikopterləri açıqlandı – Siyahı

  • Dünya
  • 15 Mart 2014 19:20
  • 983 Baxış
Putinin villa, təyyarə və helikopterləri açıqlandı – Siyahı

Rusiya müxalifətinin öndə gedən simaları – Boris Nemtsov və Leonid Martınyuk Vldimir Putinə həsr olunmuş “Kölənin qaler (saray, yaxta, avtomobil, təyyarə və digər aksessuarlar nəzərdə tutulur) daxilində həyat tərzi” adlı hesabatı nümayış etdiriblər.

“Axar.az” xəbər verir ki, hesabatda Rusiya prezidentinin 20 malikənəsinin hər birindən bəhs edilir. Müəyyən müqayisələr aparan müxalifət təmsilçiləri nümunə gətiriblər ki, Amerika, həmçinin Almaniya və İtaliya prezidentlərinin iki malikənəsi var.

Vurğulanır ki, prezidentliyi dövründə Putinin saraylarının sayı iki dəfə artaraq, doqquza çatıb. Nemtsov deyib ki, hətta Yanukoviç belə Putinlə müqayisədə nəzərə çarpan deyil.

Hesabatda həmçinin deyilir ki, Rusiya prezidentinin xidmətində duran “Rusiya” hava parkında 43 təyyarə və 15 helikopter qeydə alınıb. Təkcə “1 nömrəli Bort”la prezidentin səfərlərini həytat keçirən İl-96 -300 təyyarəsinin unitazının qiyməti 75 min dollardır.

Putin həmçinin 100 miyon dollarlıq mini donanmaya malikdir. Prezident Administrasiyasının nəzdindəki avtomobillərin sayı isə 700-ə çatır.

Sənəddə deyilir ki, Putinin saat kolleksiyasının ümumi dəyəri 22 milyon dollardır. Bu sırada “A.Lange & Sohne Tourbograph” saatlarını misal gətirmək olar. Nemtsov bilidirib ki, hesabat Putinin təbliğatı ilə “zəhərlənən” 50-ə yaxın Rusiya şəhərində nümayiş olunacaq. Bundan başqa, hesabatın 5 min nüxsəsi internet üzərindən həyata keçiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR