Almaniyadan Rusiyaya son çağırış
Bizi izləyin

Dünya

Almaniyadan Rusiyaya son çağırış

Almaniya Rusiyanı Ukrayna ilə bağlı mövqeyini dəyişməyə sonuncu dəfə çağırıb. Musavat.com-un Reuters-ə istinadən verdiyi məlumata görə. Bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib.

“Əgər Rusiya son anda Ukrayna ilə bağlı mövqeyini dəyişməsə, Avropa Birliyi martın 17-də müvafiq cavab verəcək”, - diplomat bildirib.

Almaniyanın XİN rəhbəri Kremlin tutduğu mövqeyi sərt tənqid edib: “Biz qarşıdurma axtarmırdıq. Amma Rusya son anda güzəştə getməsə, bazar ertəsi Avropa Birliyi xarici işlər nazirlərinin toplantısında bunun cavabını verəcəyik”.

Ştaynmayerin sözlərinə görə, Krım böhranı ətrafındakı vəziyyətdə “partlayış təhlükəsi var”: “Rusiya bütün nizamlama variantlarını rədd edir. Görünür, o, bizim barışmayacağımız addımları atmaqda qərarlıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm