Ankara terrorunun qurbanlarının sayı artır: 97 nəfər
Bizi izləyin

Dünya

Ankara terrorunun qurbanlarının sayı artır: 97 nəfər

Oktyabrın 10-da Türkiyənin paytaxtı Ankarada dəmiryol stansiyasına gedən körpünün altında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kamikadze hücumunda ölənlərin sayı 97-yə yüksəlib.

Həyatını itirənlərdən 92-nin şəxsiyyəti müəyyənləşdirilib və cənazələrdən 91-i ailələrinə verilib. Daha 6 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün onların cəsədlərindən götürülən nümunələr DNT testindən keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm