BMT Təhlükəsizlik Şurasına 5 yeni üzv seçildi - SİYAHI
Bizi izləyin

Dünya

BMT Təhlükəsizlik Şurasına 5 yeni üzv seçildi - SİYAHI

Bu gün BMT Təhlükəsizlik Şurasına 2016-2017-ci illər üçün 5 qeyri-daimi üzv seçilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qapalı səsvermə nəticəsində Seneqal 187, Uruqvay 185, Yaponiya 184, Misir 179, Ukrayna isə 177 ölkənin səsini alıb.

Bu ölkələr Çad, Nigeriya, İordaniya, Çili və Litva əvəz edəcək. Yeni üzvlər 1 yanvar tarixində fəaliyyətə başlayacaq və 31 dekabr 2017-ci il tarixinə qədər bu vəzifədə qalacaqlar.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 15 üzvü var. Onlardan beşi (ABŞ, Rusiya, Fransa, İngiltərə və Çin) daimi üzvlər, qalanları qeyri-daimi üzvlərdir. Qeyri-daimi üzvlərdən hər il beşi yenilənir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm