Dünya
Misirdə parlament seçkilərində yeddi siyasi koalisiya iştirak edəcək
Ölkənin parlamentsiz həyatından üç il sonra Misirdə bu bazar və bazar ertəsi qanunverici məclisə seçkilərdə səsvermələrin birinci turu keçiriləcək.
Nümayəndələr Palatasına iki mərhələdə – oktyabrın 18-19-da ölkənin 14 əyalətində və noyabrın 22-23-də qalan 13 regionda keçiriləcək seçkilərdə yeddi siyasi koalisiya iştirak edəcək. Onlar dörd coğrafi dairədə deputat mandatı uğrunda mübarizə aparacaqlar. Parlamentin birbaşa səsvermə yolu ilə 568 üzvü olacaq. Onlardan 448-i müstəqil, 120-si partiya siyahısı üzrə deputatlar olacaq. Bundan başqa, deputatların 5 faizi ölkənin prezidenti tərəfindən təyin ediləcək. Parlamentin səlahiyyət müddəti 5 ildir.
Ölkənin xaricində seçki oktyabrın 17-18-də, ikinci mərhələ çərçivəsində isə 21-22-də keçiriləcək.
Parlament seçkilərində ekspertlərin seçkiqabağı mübarizənin favoriti adlandırdığı “Misirə sevgi ilə”, habelə “Misir cəbhəsi” və “Müstəqillik uğrunda hərəkat”, “Misir rıtsarları”, “Milli oyanış”, “An-Nur”, “Misirin çağırışı”, “Respublika Sosial Qüvvələr Alyansı” koalisiyaları iştirak edirlər.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi