Əsəd Dəməşqə qayıtdı
Bizi izləyin

Dünya

Əsəd Dəməşqə qayıtdı

Suriya prezidenti Bəşər Əsəd Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Dəməşqə qayıdıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya hökumətindəki mənbə bildirib.

“Səfər çərşənbə axşamı olub. Bəşər Əsəd hazırda Dəməşqdədir”, - agentlik mənbədən sitat gətirir.

Qeyd edək ki, Əsəd oktyabrın 20-də Moskvada Putinlə görüşüb. Bu, 2011-ci ildə ölkədə vətəndaş müharibəsinin başlanmasından bu yana Əsədin ilk xarici səfəri idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm