Dünya
AKP əzdi keçdi – bundan sonra nə olacaq? – VİDEO
Dünən keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) qalib olub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bundan sonra əsas diqqət hökumətin qurulmasına yönələcək.
Türkiyə Mərkəzi Seçki Komissiyasının 10 - 12 gün ərzində seçkilərin rəsmi nəticələrini elan edəcəyi gözlənilir. Türkiyə Böyük Millət Məclisinin (TBMM) daxili nizamnaməsinə görə, seçkilərin rəsmi nəticələrinin elan edilməsindən sonrakı ilk cümə günündə parlamentin iclası olacaq. Bu iclasda millət vəkillərinin andiçmə mərasimi keçiriləcək. İclasa parlamentin ən yaşlı üzvü başçılıq edəcək. Ən yaşlı millət vəkili parlamentin müvəqqəti sədri olacaq. Bundan 5 gün sonra parlamentdə sədr seçkiləri keçiriləcək. AKP TBMM-də əksəriyyətə sahib olduğu üçün yeni sədrin də bu partiyadan olacağı gözlənilir.
Bu müddət ərzində baş nazir Əhməd Davudoğlu müvəqqəti hökumətin istefasını prezident Rəcəb Tayyib Ərdoğana təqdim edəcək. Ancaq qaydalara uyğun olaraq yeni hökumət qurulana kimi Davudoğlu vəzifəsini icra edəcək.
TBMM-nin Aparatı formalaşandan sonra Ərdoğan Davudoğluna hökumətin qurulması üçün təlimat verəcək. Davudoğlunun qısa müddət ərzində hökuməti formalaşdıraacağı gözlənilir. Hökumətin qurulmasından sonra parlamentdə etimad səsverməsi keçiriləcək və yeni hökumət rəsmi olaraq işinə başlayacaq. Bu prosesin noyabrın sonu, yaxud da dekabrın ilk günlərində tamamlanması gözlənilir.
Ömər Dağlı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu