Doku Umarovun öldüyü rəsmi olaraq təsdiq edilib
Bizi izləyin

Dünya

Doku Umarovun öldüyü rəsmi olaraq təsdiq edilib

Çeçenistan Prezidenti Ramzan Kadırov yaraqlıların lideri Doku Umarovun öldüyünə şübhə etmir. Bunu R.Kadırov "Instagram" sosial şəbəkəsində yazıb.

Çeçenistan Prezidenti Ramzan Kadırov yaraqlıların lideri Doku Umarovun öldüyünə şübhə etmir. Bunu R.Kadırov "Instagram" sosial şəbəkəsində yazıb.

R.Kadırov yazır: "Biz daha əvvəl demişdik ki, Umarov Soçi-2104 olimpiadası üçün heç bir təhlükə törətmir, həmçinin bəyan etmişdik ki, onu Olimpiya Oyunlarına qədər məhv edəcəyik".

O, qeyd edib ki, keçirilmiş xüsusi əməliyyatların birində D.Umarov zərərsizləşdirilib: "Bu məlumatı yaraqlılar da təsdiqləyir. Xüsusi xidmət orqanları və KİV-in terrorçunun ölümünə inanması üçün daha nə etmək lazımdır?"

Milli Antiterror Komitəsi məsələ ilə bağlı şərh verməkdən hələlik imtina edir. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm