"Bu, geridə qalmış ölkələrə xas ifadələrdir" - Güldən şok bəyanat
Bizi izləyin

Dünya

"Bu, geridə qalmış ölkələrə xas ifadələrdir" - Güldən şok bəyanat

"Bu, üçüncü dünya zehniyyətidir" - Güldən şok bəyanat

Türkiyə prezidenti Abdullah Gülün Danimarka səfəri zamanı verdiyi açıqlamalar gündəm yarada bilər. Məlum olduğu kimi həm Gəzi Parkı hadisələri, həm də 17 Dekabr əməliyyatları Tükiyə baş naziri Rəcəb Təyyib Ərdoğan və onun yaxın ətrafı tərəfindən kənar qüvvələrin, Türkiyəni zəiflətmək istəyən güclərin planları kimi qiymətləndirildi. Türkiyənin həm daxili, həm də xarici siyasəti ilə bağlı daim ehtiyatlı danışmağa üstünlük verən dövlət başçısı bu dəfə isə Ərdoğanı fikirlərini tamamilə təkzib edib.

Publika.Az – ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkə gündəmini jurnalistlərə dəyərləndirən A.Gül “xarici güclər” ifadəsini qəbul etmədiyini bildirib.

“Xarici güclər” ifadəsini qəbul etmirəm. Təbii ki, Türkiyənin xroniki qərarları olan müxalifəti var. On il ərzində bizi göylərə qaldıranlar indi bizi haqlı və ya haqsız tənqid edirsə, onları Türkiyənin düşməni elan etmək "üçüncü dünya"ya( geridə qalmış ölkələrə- red.) xas ifadələrdir. Həmin ifadələrə etibar etmirəm. Mən bu iddiaları qəbul etmirəm. Təbii ki, siz öz yaranızı açıq saxlasanız, yaranın üstünə ağcaqanad qonacaq. Türkiyəni yıxmaq istəyən bəzilərinin olduğu ilə bağlı sui-qəsd nəzəriyyələrinə inanmıram. Xaricilər Türkiyə ilə bağlı şərhlər verə bilərlər, amma bunlara cavab vermək məcburiyyətində deyilik”, - deyə A.Gül baş nazirin hadisələrlə bağlı irəli sürdüyü tezisləri rədd edib.

Türkiyədəki siyasi mühitə görə kədərləndiyini deyən prezident ölkənin siyasi ənənəsinin yaxşı olmadığını, bu ənənənin dəyişdirməyəcəyi halda Türkiyənin arzu edilən səviyyəyə çıxarılmasının çox çətin olacağını deyib:

“Türkiyənin siyasi ənənəsi təəssüf ki, yaxşı deyil. Siyasi ənənəni təəssüf ki, dəyişdirə bilmədik. Hər zaman qütbləşmə, çox sərt ifadələr var və bu davam gedir. Türkiyə parlamentində dəfələrlə siyasi ifadələrin artıq fərqli olmasının lazım olduğunu və sözün hansı gücə malik olduğunu söylədim. Hazırda seçki kampaniyasının son günləridir. Xalqa vermək istədiyim mesaj budur: Seçkilərin nəticəsi nə olursa-olsun, seçkilərdən sonra Türkiyənin sürətlıi şəkildə yenidən islahat günlərinə qayıtması lazımdır”.

A.Gül baş nazir və oğlu Bilal Ərdoğan arasında olduğu iddia edilən telefon danışığı ilə bağlı danışarkən səs qeydlərini dinləmədiyini, yalnız jurnalistlərin yazdıqlarını oxuduğunu bildirib.

“Xalq artıq 2500 dollar adambaşına gəliri olan bir xalq deyil, 10 min dollar adambaşına gəliri olan bir xalq var. Artıq hər kəs hər şeyi oxuyur, bilir, izləyir və yazır. Böyük potensialı olan bir ölkəyik. Seçkilərdən sonra da bunun belə olacağına inanıram”, - Türkiyə prezidenti 30 Mart tarixində keçiriləcək bələdiyyə seçkilərindən sonra ölkənin özünə gələcəyinə əminliyini ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm