Dünya
Biabırçılıq: Kolumbiya prezidenti şalvarını islatdı - VİDEO, FOTOLAR
Kolumbiya prezidenti Xuan Manuel Santosun Barrankilya şəhərindəki seçkiqabağı mitinqdə çıxışı zamanı şalvarı islatması ilə bağlı qalmaqal böyüyür.
Ölkə müxalifəti Santosu 2012-ci ilin sonlarında
prostat xərçəngi xəstəliyindən müalicə olunmasını gizlətməkdə
suçlayıb.
"Dövlət başçımızın prostatında çox ciddi
problemlər var və onun Barrankilyada şalvarını islatması buna
sübutdur. Lakin o, xəstəliyini gizlədir. Xalqına yalan danışan,
ikinci dəfə prezident seçilməyə və vəzifədə qalmağa çalışan adamın
oyunbazlığına niyə dözməliyik?" - müxalifət liderləri
bildiriblər.
Olayla bağlı olaraq Xuan Manuel Santos bəyanat
yayıb.
"Baş verən hadisə heç bir halda xəstəliyimi
gizlətməyim və ya xəstə olmağım anlamına gəlməməlidir. Sağlamam,
ölkəni hələ 4 il də idarə etmək iqtidarındayam. Son müayinələr
prostat vəzimdəki şişin tam müalicə olunduğunu göstərdi", - Xuan
Manuel Santos bildirib.
09:24
Kolumbiyanın dövlət başçısı Xuan Manuel Santos ölkədə
keçiriləcək prezident seçkilərinə hazırlaşır. İkinci dəfə prezident
seçilmək istəyən 62 yaşlı Santos tərəfdarlarının qarşısındakı
çıxışlardan birində rüsvay olub.
Kolumbiyada iqtidarda olan Mühafizəkarlar Partiyasının sədri Xuan
Manuel Santos Barrankilya şəhərindəki mitinqdə səhnədə danışırdı.
O, ikinci dəfə prezident seçiləcəyi təqdirdə, ölkənin iqtisadi
problemlərinin həlli, işsizliyin azaldılması istiqamətində
səylərini daha da aktivləşdirəcəyini deyib.
Çıxış əsnasında prezident özünü saxlaya bilməyib və şalvarını
isladıb.
Prezidentin köməkçiləri ilə müşaviri səhnədə olsalar da, Santosu bu
rüsvayçı durumdan qurtarmaq üçün heç nə etməyiblər. /Milli.Az
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ