Rusiya Federasiyasının deputatı: Yanukoviç ölüb, Rostovda onun bənzəri çıxış edib - FOTO
Bizi izləyin

Dünya

Rusiya Federasiyasının deputatı: Yanukoviç ölüb, Rostovda onun bənzəri çıxış edib - FOTO

Rusiya Federasiyasının deputatı: Yanukoviç ölüb, Rostovda onun bənzəri çıxış edib.

Rusiya Federasiyasının deputatı: Yanukoviç ölüb, Rostovda onun bənzəri çıxış edib.

Rusiya Dumasının deputatı Roman Vançuqov bəyan edib ki, Viktor Yanukoviç ölüb və onun ölümü Putinin Ukraynaya geniş miqyaslı müdaxilə planını pozub.

Dumanın deputatı həmçinin qeyd edib ki, Rusiyanın Ukraynaya geniş miqyaslı hərbi müdaxiləsində məhz Yanukoviç hərəkətverici qüvvə idi.

Onun fikrincə, martın 3-dən 8-ə kimi ürək çatışmamazlığı ilə xəstəxanaya yerləşdirilmiş Yanukoviç oradaca vəfat edib. Bir halda ki, Rostov çıxışından sonra onun haqqında heç bir xəbər olmayıb.

Bundan əlavə, o, hesab edir ki, Rostovda keçirilən mətbuat konfransında Viktor Yanukoviçin oxşarı çıxış edib.

Onun fikrincə, Kreml tezliklə Yanukoviçin ölümünü bəyan edəcək.

Yanukoviçlə 4 il işləyən Taras Çornovil də Rostovda keçirilən mətbuat konfransında Viktor Yanukoviçin iştirak etmədiyini bildirib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm