Barak Obamanın 3 mühafizəçisi əyyaş çıxdı
Bizi izləyin

Dünya

Barak Obamanın 3 mühafizəçisi əyyaş çıxdı

ABŞ-ın Məxfi Xidmətinin üç agenti intizamı pozduğuna görə Hollandiyadan Birləşmiş Ştatlara göndərilib.


Məxfi Xidmətin nümayəndəsinin dediyinə görə, agentlərdən biri Amsterdamdakı otelin hollunda sərxoş vəziyyətdə aşkarlanıb: "O, huşsuz idi. Bu adamın iki həmkarı isə intizamın pozulmasına mane olmadıqları üçün qovulublar".


İşdən qovulanlar ABŞ prezidentinə hücum olarsa, onun mühafizəsini təmin edəcək "Counter Assault Team" qrupunun üzvləri idilər.


Məxfi Xidmətin yetkilisinin dediyinə görə, olay ABŞ prezidenti Barak Obama Hollandiyaya yollanana qədər baş verib.

Barak Obama "Böyük Yeddilik" çərçivəsində dövlət və hökumət başçılarının Hollandiyadakı sammitinə qatılmışdı./Associated Press

Oxumağa davam et
Reklam
Reklam

Gündəm