Nurçulara qarşı növbəti dalğa
Bizi izləyin

Dünya

Nurçulara qarşı növbəti dalğa

Ötən gün İstanbul Vergi Müfəttişliyi Gülən hərəkatı ilə əlaqəli olan "Kaynak Holding" şirkətində araşdırma aparır.

Ötən gün İstanbul Vergi Müfəttişliyi Gülən hərəkatı ilə əlaqəli olan "Kaynak Holding" şirkətində araşdırma aparır.

"Sabah" qəzetinin yaydığı xəbərdə qeyd olunur ki, NT mağazalar şəbəkəsini özündə birləşdirən "Kaynak Holding" Gülən hərəkatı ilə sıx əlaqələri olan şirkətlərdən biridir.

Holdinqin tərkibində 16 müxtəlif sektorda fəaliyyət göstərən 23 şirkət var və bu şirkətlərdə 7 minə yaxın insan çalışır.

Ötən gün səhər saatlarında nurçulara məxsus “Kaynak Holding”in mərkəzi ofisində isə MASAK (Maliyyə Suçlarını Araşdırma Kurulu) əməkdaşları və İstanbul polisi tərəfindən axtarış aparılıb. Çirkli pulların yuyulması və vergi gizlətmək ittihamı ilə aparılan istintaq çərçivəsində holdinqin maliyyə-mühasibat sənədləri və kompyüterləri müsadirə olunub.

Radio Televiziya Üst Kurulu (RTÜK) nurçulara məxsus “Kanaltürk” telekanalının ölkə miqyaslı yayım lisenziyasını ləğv edib. Qurum öz qərarını bu barədə məhkəmə qərarının olması ilə əsaslandırıb. Qərara əsasən “Kanaltürk” ölkə miqyasında deyil, yalnız regional yayımla məşğul ola bilər. Kanalın reklam gəlirlərinin kəskin azalacağı gözlənilir.

Radio Televiziya Üst Kurulunun Cümhuriyyət Xalq Partiyasında olan nümayəndələri Əli Öztunç ilə Süleyman Demirkan və Milliyyətçi Hərəkat Partiyası tərəfindən seçilmiş Əsəd Çıplak qərarın əleyhinə səs veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm