Ukraynanın baş naziri AŞPA sessiyasında çıxış edəcək
Bizi izləyin

Dünya

Ukraynanın baş naziri AŞPA sessiyasında çıxış edəcək

Ukraynanın baş naziri Arseniy Yatsenyk Avropa Şurası Parlament Assambleyasının(AŞPA) 7-11 aprel tarixlərində keçiriləcək yaz sessiyasında çıxış edəcək.

Ukraynanın baş naziri Arseniy Yatsenyk Avropa Şurası Parlament Assambleyasının(AŞPA) 7-11 aprel tarixlərində keçiriləcək yaz sessiyasında çıxış edəcək.

AŞPA-nın rəsmi saytı xəbər verir ki. baş nazirin çıxışı sonradan sessiyanın gündəliyinə daxil edilib.

Sessiyanın ilk günündə Ukraynada yaranmış vəziyyətlə bağlı müzakirə keçiriləcək,, aprelin 8-də AŞ-nin insan haqları üzrə komissarı Nils Mujnieksin hesabatı dinlənəcək, Avropada milli azlıqların hüquqları ilə bağlı durum müzakirə olunacaq.

Aprelin 9-da isə hazırda AŞ Nazirlər Komitəsinə sədrlik edən Avstriyanın prezidenti Hayns Fişer çıxış edəcək. Avropada uşaq yoxsulluğu məsələsinin müzakirə olunacağı da gözlənilir. /Gun.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm