Türkiyə xüsusi təyinatlıları Suriyaya girdi: 4 saatlıq əməliyyat
Bizi izləyin

Dünya

Türkiyə xüsusi təyinatlıları Suriyaya girdi: 4 saatlıq əməliyyat

Dünən gecə Türkiyə xüsusi təyinatlılarının 15-20 nəfərlik heyətinin Suriyada əməliyyat keçirməsi barədə iddia ortaya atılıb.

Publika.az xəbər verir ki, bu barədə “Yenu Şafak” yazı dərc edib.

Bunun səbəbinin son günlər Suriyanın İŞİD-in nəzarətində olan bölgələrindən Türkiyənin Kilis şəhərinin müntəzəm olaraq roket atəşinə tutulmasıdır.

İddiaya görə yerli vaxtla 01:30 radələrində Suriya ərazisinə girən özəl qüvvət əsgərləri 4 saatlıq əməliyyat aparıblar.

Əməliyyatla bağlı ABŞ və Rusiyanın məlumatlandırıldığı bildirilir.

Türkiyənin Kilis mərkəzindən 14 km şərqdəki bölgədən Suriyaya daxil olan heyət səhərə yaxın geri dönüb.

Əməliyyatın məqsədinin İŞİD-in həmin bölgədəki artilleriya ilə bağlı kəşfiyyat məlumatları toplamaq olub. Xüsusi təyinatlıların geri dönməsindən sonra ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin qırıcı təyyarələri İŞİD-in nəzarətində olan Delha, Havar, Harcele, Barekatı və Karaköprü kəndlərinə 4 hava hücumu həyata keçirib. Əldə edilən ilk görüntülərdə 48 İŞİD terrorçusunun öldürüldüyü, çoxlu sayda terrorçunun yaralandığı üzə çıxıb. Hava hücumlarından sonra İŞİD Suriyalı müxaliflərin nəzarətində olan bölgələrə hücumlarını dayandırıb. Axşam saatlarında isə Türkiyə ərazisindən artilleriya qurğularından ilə Hələbin Azez rayonuna bağlı Baragitah, Havar Kilis, Harcele və Delha bölgələrindəki İŞİD mövqeləri bombalanıb.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm