“Onlar ikinci 11 sentyabrı təşkil edəcəklər” – TERROR XƏBƏRDARLIĞI
Bizi izləyin

Dünya

“Onlar ikinci 11 sentyabrı təşkil edəcəklər” – TERROR XƏBƏRDARLIĞI

Respublikaçılar Partiyasından ABŞ prezidenti postuna iddiaçı, milyarder Donald Tramp növbəti dəfə miqrantların ölkəsi üçün yaratdığı təhlükədən danışıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Tramp miqrantların “ikinci 11 sentyabr"ı təşkil edəcəklərini deyib.

“Çox pis şeylər olacaq. Miqrantlar ikinci 11 sentyabrı təşkil edəcəklər. Mən buna şübhə etmirəm”, - milyarder bildirib.

Tramp Suriya qaçqınlarının qəbuluna qarşı çıxış edib: “Bizim ölkəmizdə kifayət qədər çətinliklər var. Biz onlar haqqında tam təsəvvürlərə malik deyilik. Onlar bəlkə də İŞİD-in tərəfdarlarıdır”.

Trampın sözlərinə görə, ABŞ-a telefonlarında İŞİD-in simvollarını gəzdirən insanlar daxil olurlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm