“Ordu Ərdoğanı devirə bilər” – ŞOK İDDİA
Bizi izləyin

Dünya

“Ordu Ərdoğanı devirə bilər” – ŞOK İDDİA

“Türkiyə ordusu yenidən güc qazanıb və sarayda hərbi çevrilişlə bağlı narahatlıq var”.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın “The Wall Street Journal” nəşri yazıb.

“Ordu prezident Rəcəb Tayyib Ərdoğanın siyasi rəqiblərini zərərsizləşdirdiyini izlərkən, hərbi çevriliş gücünü də yenidən qazanır”, - nəşr qeyd edib.

“The Wall Street Journal” bildirir ki, siyasətdən qaçan ordu Türkiyədə yenidən ortaya çıxan milli təhlükəsizlik məsələlərində əsas oyunçu mövqeyi qazanır: “Türkiyə ordusunun təsiri yenidən yüksəlişdədir. Keçmişdə siyasi liderləri kreslolarından uzaqlaşdıran güc indi prezident Rəcəb Tayyib Ərdoğanın Suriya siyasəti və ölkə daxilində kürd üsyançılarına qarşı hərəkətləri çərçivəsində yenidən şəkillənir”.

Nəşrə danışan təqaüdçü hərbçi Mətin Gürcan qeyd edib ki, Türkiyə ordusu Ərdoğana qarşı hərəkətə keçə biləcək və tarazlığı qura biləcək yeganə təsirli gücdür.

Ordunun hərbi çevriliş həyata keçirəcəyi barədə fərziyyələr türk mediası tərəfindən zaman-zaman səsləndirilib. Bu fərziyələr mart ayının sonunda yenidən canlandı. Həmin vaxt yayılan xəbərlərə görə, Barak Obama administrasiyası Ərdoğanı devirməyi sınaqdan keçirib. Bu barədə bir jurnalist ABŞ Xarici İşləri Nazirliyinin sözçüsü Con Kirbyə sual verib.

“Türkiyə hökumətimi devirmək istəyirik? Yəni, budurmu sualınız? Bu, eşitdiyim ən mənasız və axmaq iddiadir”, - Kirbi cavab verib.

İki gün sonra - Ərdoğan Vaşinqtonda olarkən Türkiyə ordusu hərbi çevriliş iddialarının həqiqə uyğun olmadığını bildirib.

“The Wall Street Journal” qeyd edir ki, Ərdoğan və amerikalı səlahiyyətlilərin orduya türk əsgərini Suriyaya göndərmək fikrini qəbul etdirməsi olduqca çətindir. Nəşr qeyd edir ki, Türkiyə ordusu ABŞ və NATO-nun razılığı almadan Suriyaya girməyə çəkinir. Bildirilir ki, Türkiyə ordusu Rusiya qırıcıları tərəfindən bombalanmasından ehtiyat edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm