Dünya
Medvedyev İrəvana gedir - SƏBƏB
Rusiyanın Baş naziri Dmitri Medvedyev Ermənistana səfər edəcək. Baş nazirin İrəvana səfəri bu gün başlayır.
ANS-in məlumatına görə, o, Ermənistanda Avrasiya İttifaqının hökumətlərarası məsləhət şurasının iclasında iştirak edəcək.
Qeyd edək ki, D.Medvedyevin Ermənistana son səfəri aprel ayının əvəllərində Qarabağda baş verən dördgünlük müharibədən sonra baş tutub. Aprelin 7-də Rusiyanın baş naziri Dmitri Medvedyev və onun müavini Dmitri Roqozin İrəvanda, aprelin 8-də isə Bakıda olublar. Onların Ermənistana və Azərbaycana səfər etməsi aprelin 2-dən 5-nə qədər təmas xəttində baş verən gərgin vəziyyətlə bağlı olub.
D.Medvedyev İrəvanda baş nazir Ovik Abramyan ilə, Azərbaycanda İlham Əliyev və Baş nazir Artur Rasizadə ilə görüşüb. Prezidentlə görüşündə D. Medvedyev qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsini dəstəkləyir: “Münaqişənin sülh, danışıqlar yolu ilə həllinin alternativi yoxdur və kompromislər yolu ilə həll edilməlidir".
Rusiyanın Baş naziri Dmitri Medvedyev Bakıya səfərindən sonra Rusiya mətbuatına müsahibə verərkən deyib ki, münaqişənin istənilən həll yolu kimisə qane edəcək, kimi isə yox.
“Əgər məndən soruşsanız ki, münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması, başqa sözlə, onun sürətli həllindən imtina etməklə insan həyatını qurban verərək həll edilməsi arasında seçim edim, mən birincini seçərdim. Yəni yaxşısı budur, indiki vəziyyət qalsın, nəinki qan tökülsün”.
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?