Abdulla Gül kürdlərin muxtariyyət tələbinə cavab verdi
Bizi izləyin

Dünya

Abdulla Gül kürdlərin muxtariyyət tələbinə cavab verdi

Abdulla Gül kürdlərin muxtariyyət tələbinə cavab verdi

Küveyt səfəri çərçivəsində növbəti dəfə jurnalistlər qarşısına çıxan Türkiyə prezidenti Abdulla Gül ölkə gündəmi ilə bağlı bir sıra məsələlərə toxunub.Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, dövlət başçısı “Universal hüquqdan istifadə edirlər”deyərək “Tvitter”ə qoyulan qadağanı ləğv edən Konstitusiya Məhkəməsinin qərarını dəstəkləyib.

Türkiyə prezidenti kürd siyasətçilərinin təklif etdiyi “demokratik muxtariyyəti” tənqid edib. O, kürd probleminin Türkiyənin ən vacib məsələsi olduğunu da dilə gətirib:

“Düşünürəm ki, bu problemi nə qədər tez həll etsək, təxribatlar da bir o qədər az olar. Təbii ki, ən əhəmiyyətli məqam coğrafiya və zamanın ortaya çıxardığı bugünkü konyukturadır. Suriya və İraqdan bəhs edirəm. Əgər konyonktura kürd hərəkatının içində olanları fərqli və səhv düşüncələrə itələsə iş çox çətinləşə bilər. “Mən kürdəm” deyənlər başqa məmləkətlərdə də var. Hər kəs öz məmləkətində azad olsun, demokratik hüquqlara sahib olsun. Bəzən bu mövzu ilə bağlı səhv ifadələr eşidirik. Məsələn, avtonomluqdan danışırlar. Bunların Türkiyə gerçəyi ilə uyğun gəlmədiyini bildirmək istəyirəm. Məmləkətin hər tərəfi hamımızındır, hər kəsin bərabər haqqı vardır. Bu anlayışa hörmət göstərmək lazımdır”.

A.Gül sui-istifadə ilə bağlı iddiaların da dəqiqləşdirilməli olduğunu deyib. “Bu məsələyə vicdanların öhdəsinə qoymayaraq baxmaq baxmaq lazımdır”, - Türkiyə prezidenti deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm