Atışma: 2 nəfər öldü, 11-i yaralandı
Bizi izləyin

Dünya

Atışma: 2 nəfər öldü, 11-i yaralandı

Avstriyanın qərbində naməlum kişinin insanlara atəş açması nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

Publika.az "Report"-a istinadən xəbər verir ki, insident bazar gününə keçən gecə Forarlberq federal torpağının Nentsinq kommunasında təqribən 150 nəfərin iştirakı ilə keçirilən bayram tədbiri zamanı baş verib.

Polis mənbələrinin məlumatına görə, Bakı vaxtı ilə təqribən 05:00 radələrində yaranan mübahisədən sonra 27 yaşlı gənc avtomobildən odlu silah götürərək tədbir iştirakçılarına atəş açmağa başlayıb. O daha sonra özünü öldürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm