İstanbulda sammitə qarşı aksiya keçirildi - FOTOLAR
Bizi izləyin

Dünya

İstanbulda sammitə qarşı aksiya keçirildi - FOTOLAR

İstanbulda keçirilən Dünya Humanitar Sammitinə qarşı etiraz aksiyası təşkil olunub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, aksiyanı keçirən Birləşmiş İnqilabçı Partiyasının 12 üzvü saxlanılıb.

“İnsanlığı qətl edənlərə diz çökmə, ayağa qalx!” yazılan plakatla sammitin keçirildiyi İstanbul Konqres Mərkəzinə getmək istəyən qrup polis tərəfindən saxlanılıb. Saxlanılan aksiya iştirakçıları “İnqilabçı Partiya susmayacaq, imperialistlər məğlub olacaq, müqavimət göstərən xalqlar qazanacaq!” şüarını səsləndiriblər.

Saxlanılan şəxslər ifadələrinin alınması üçün polis bölməsinə aparılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm